SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
İyulun 14-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.
 
Dövlət İmtahan Mərkəzindən (DİM) BAKU.WS-ə verilən məlumata görə, imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər DİM-in saytından "İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
 
Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və "İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
 
BAKU.WS