Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 5-də 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə keçiridiyi qəbul imtahanının II mərhələsini nəticələri açıqlanıb.
 
DİM-dən BAKU.WS-ə verilən məlumata görə, nəticələr iyulun 6-sı saat 18:30-dan Mərkəzin internet saytında yerləşdirilib.
 
İmtahanda iştirak etmiş hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
 
Namizədlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.
 
Nəticələrə əsasən, imtahanda iştirakı gözlənilən 655 namizəddən 3 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 652 namizəddən 510 nəfəri müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90‑dan az olmayan) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.
 
II mərhələ üzrə ən yüksək nəticə toplanıla biləcək maksimal 100 baldan 90 bal olub. Hər iki mərhələ üzrə ən yüksək nəticə isə toplanıla biləcək maksimal 200 baldan 171 bal olub.
 
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 7‑dən 14‑dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları  "Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş "Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən (səh. 5-7) seçib təsdiq etməlidirlər.
 
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ