SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Lənkəranın ucqar dağ kəndində çalışan tarix müəlliminin dərsi rep halına gətirməsi dünəndən sosial şəbəkələrdə ən çox müzakirə olunan videolardan biridir.

BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, bir müddət əvvəl "on/off” videosu ilə fenomen olan Gəgiran kənd orta məktəbinin müəllimi Həbib Əlizadə şagirlərinə tarixi sevdirmək üçün maraqlı addımlar atır. Belə üsullardan biri də xronologiyanı rep halına salmaq olub.

Odur ki, müəllimin Cümhuriyyətimizin 99 illiyinə həsr etdiyi replə keçən tarix dərsi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

Həbib Əlizadə açıqlamasında dərsləri maraqlı etmək üçün müxtəlif metodlardan istifadə etdiyini bildirib:

"Ümumiyyətlə, tarix dərsi bir çox hallarda sıxıcı olur. Bu dərsi daha əyləncəli etmək üçün bu üsulun effektli olduğunu düşünürəm. Təbii ki, dağ kəndində çətinliklər çoxdur. Amma şagirdlərim layihələrimə sevə-sevə qoşulurlar.

Yəni, ən böyük dəstəyim və motivasiya mənbəyim şagirdlərimdir. Təbii ki, paylaşıb dəstək olan insanlar məni çox motivasiya edir. İstərdim ki, gələcəkdə digər dağ kəndlərindəki müəllimlərlə maraqlı layihələr keçirək. Müasir dərsin tələbi əyləncəli öyrətməkdir. Həmişə replə dərs etmirik. Başqa metodlardan da istifadə edirik”.
 
BAKU.WS