SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İndi abituriyentlərin əksəriyyəti ya hazırlıq kurslarına gedir, ya da repetitor yanında hazırlaşır. Artıq belə bir fikir formalaşıb ki, fərdi hazırlaşmaqla ali məktəbə daxil olmaq mümkün deyil. İndi sizə təqdim edəcəyimiz süjetin qəhrəmanı bu fikri alt-üst edəcək bir nailiyyətə imza atıb.
 
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Sabirabad rayonunun Nəsimi kəndinin sakini Yadulla Həsənlidən gedir. O, fərdi şəkildə hazırlaşmaqla nə az nə çox, düz 690 bal toplayıb. Ancaq Yadulla bununla da razılaşmır, ikinci imtahanda da iştirak edib 700 bal toplamağı qarşısına məqsəd qoyub.

Heç bir hazırlıq kursuna və repetitor yanına getmədən qəbul imtahanlarında 690 bal topladı.

Yadulla Həsənli Sabirabadın Nəsimi kənd orta məktəbinin 11-ci sinifində təhsil alır. O, bu ilin aprel ayında keçirilmiş II ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərib.

Yadulla kənd məktəbində oxumasına baxmayaraq, bu vaxta qədər heç bir repetitor yanına getməyib. Müəllimlərin verdiyi tapşırıqları yerinə yetirərək bu nəticəni əldə edib.Yadulla 2-ci imtahanda da iştirak edib maksimal nəticəyə nail olmaq istəyir.

Yadullanın uğuruna sevinən valideynləri və sinif yoldaşları onun əzmkar və çalışqan bir şagird olduğunu deyirlər.

İndi Yadulla Həsənli dərslərinə daha böyük həvəslə çalışır ki, növbəti imtahanda 700 bal toplasın.
 
BAKU.WS