VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanda təhsil alan ümumi şagirdlərin sayı 1.473.189 nəfərdir. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin illik hesabatında qeyd edilib.
 
Hesabata əsasən, təhsil alanların sayı ən çox olan rayon Sabunçu (59.088 nəfər), ən az olan isə Naxçıvan Muxtar Respublikasının Sədərək (1.296 nəfər) rayonudur. Azərbaycanda məktəblər gündüz və digər ümumtəhsil müəssisələri olmaqla iki yerə ayrılır və onların ümumilikdə sayı 4.476-dır. Bu məktəblərin 3.300-ü və ya 73.73%-i tam orta, 804-ü və ya 17,96%-i ümumi orta, 329-u və ya 7.35%-i isə ibtidai məktəbdir. Digər növ məktəblərin sayı az olub və ümumi çəkidə 1%-ə çatmır. Onlardan 17-si internat tipli məktəblər, 13-ü internat siniflərdir. Axşam, qiyabi məktəblər və siniflərin sayı isə müvafiq olaraq 7 və 6-dır.
 
Azərbaycanda ən çox məktəb olan rayonlara gəlincə, qeyd olunub ki, ümumtəhsil müəssisələrindən 316-sı Bakı şəhərində, 216-sı Naxçıvan Muxtar Respublikasında, 739-u 6 şəhərdə - Quba (135), Ağdam (135), Cəlilabad (125), Xaçmaz (123), Laçın (111), Kəlbəcərdə (110) yerləşir. Qalan 3.205 məktəb isə respublikanın digər rayon və şəhərlərinin payına düşür.

Naftalan şəhəri isə 3 məktəblə sıralanmada sonuncu yerdədir.
 
BAKU.WS