VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Təhsil Nazirliyi bəzi orta məktəblərin statusunun və tipinin dəyişdirilməsi - tam orta məktəblərin bundan sonra ümumi orta məktəb kimi fəaliyyət göstərəcəyi barədə yayılan xəbərlərə aydınlıq gətirib. Yayılan xəbərlərə görə bəzi məktəblərdə yuxarı siniflər ləğv edilərək orada yalnız təmayüllü siniflər təşkil ediləcək. Şagirdi az olan məktəblər isə 11 illikdən 9 illiyə dəyişdiriləcək. Bəs nazirlik buna nə deyir?

Təhsil Nazirliyi büzi orta müktüblürin statusunun vü tipinin düyişdirilmüsi - tam orta müktüblərin bundan sonra ümumi orta məktəb kimi fəaliyyət göstərəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyir ki, görə söz söhbətə 2011-ci ildən 5 məktəbdə pilot şəkildə həyata keçirilən tam orta təhsil səviyyəsi üzrə təhsilin təmayülləşməsi layihəsinin kənd məktəblərində tətbiq etmək ideyası səbəb olub.

Hazırda 182 məktəbdə sınaqdan keçirilən bu layihə şagirdlərin meyl və maraqları nəzərə alınmaqla formalaşdırılır. 9-cu sinfini bitirən şagirdlər seçdikləri fənlər üzrə müvəffəq qiymətlə oxuyursa, imtahan nəticələri yaxşıdırsa və fənn müəlimi müsbət rəy verirsə onlar təmayüllü siniflərə keçirilirlər. Bunun şagird sayı az olan kənd məktəblərində tətbiqi ideyası isə təmayüllü siniflərin bir məktəbdə birləşdirilməsini gündəmə gətirib.

Gələcəkdə bütün məktəblərdə təmayüllü siniflər təşkil edilsə belə, bu şagirdərin ümumi təhsil hüquqları pozmamalıdır.

Nazirlik rəsmisi qeyd edib ki, indiyədək hər hansı bir məktəbin bağlanması, onun tipinin dəyişdirilməsi barədə heç bir qərar qəbul olunmayıb. Ən azı ona görə ki, bu il 10-cu sinifdə oxuyan şagirdlər gələn il 11-ci sinif şagirdi olacaqlar. Ona görə də o məktəbin tipinin ləğvindən söhbət gedə bilməz. Digər tərəfdən nazirlik təmayülləşmənin tətbiqi və bu prosesin davam edilməsi ilə əlaqədar müvafiq qərarları real vəziyyəti nəzərə almaqla qəbul edəcək. Yəni hazırkı dövrdə hansısa məktəbin tamamilə statusunun və ya tipininin dəyişdirilməsindən söhbət belə gedə bilməz. ("Xəzər TV”) 
 
BAKU.WS