VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə müraciət edib.
 
BAKU.WS-in xəbərinə görə, müraciətdə bildirilib ki, "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan prezidentinin sərəncamı ilə əlaqədar DİM-in Facebook səhifəsinə xeyli müraciət daxil olur.
 
"Hər bir Facebook istifadəçisinin suallarına fərdi qaydada cavab verilir. Buna baxmayaraq şərhlərdə yenidən eyni məzmunlu suallar ünvanlanır. İstifadəçilərdən xahiş edirik şərhlərə yazılan cavablarla diqqətlə tanış olsunlar. Həftəsonu olmasına baxmayaraq bütün müraciətlərə cavab verməyə çalışacağıq. İstifadəçilərin nəzərinə çatdırırıq ki, növbəti həftə ərzində bütün kateqoriyalara aid abituriyentlərin imtahanlarda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcəyi və ya imtahanlarda iştirak üçün ödəniş edəcəyi haqqında məlumat ayrıca cədvəl şəklində dim.gov.az saytında yerləşdiriləcək. Cədvəldə qeyd olunacaq kateqoriyaların heç birinə aid olmayan şəxslər Dövlət İmtahan Mərkəzinə müraciət edə bilər”, - deyə müraciətdə qeyd olunub. 
 
BAKU.WS