Azərbaycanda kolleclərdə tələbələrin köçürülməsi, xaric edilməsi qaydaları təsdiqlənib.

"Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti Qaydalar"ı təsdiq edilib. Bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Əmrə əsasən, orta ixtisas təhsil müəssisələrinin rəhbərləri "Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti qaydalar"ı işdə rəhbər tutacaqlar.

Əmrə görə, Təhsil Nazirliyinin 07. 08. 1996-cı il tarixli 402 nömrəli əmri ilə təsdiq edilmiş "Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələblər sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə" qüvvədən düşmüş hesab edilib. 

BAKU.WS