SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Dünyanın dörd bir yanında FETO-ya bağlılığının olduğu iddia edilən universitetlərin diplomları Türkiyə tərəfindən tanınmayacaq.

BAKU.WS xəbər verir ki, bu qərarı Türkiyənin Yüksək Təhsil Komitəsi verib. Habelə bura ABŞ-dan Kambocaya qədər 17 ölkədən 29 universitet daxildir.

Türkiyənin Yüksək Təhsil Komitəsinin siyahısında ABŞ-da 6, Avstraliya və Polşadan 3, İraq, Albaniya və Kolumbiyadan 2, Türkmənistan, Qazaxıstan, Azərbaycan, İndoneziya, Belçika, Rumıniya, Qırğızıstan, Gürcüstan və Bosniya-Hersoqovinadan hərəsindən 1 universitet yer alıb.

Komitə FETO-nun dünyanın ən yaxşı 30 universiteti arsında olan Belçikadakı Leuven Katolik universitetinin diplomlarının tanınmasını da ləğv edilib.

Azərbaycandan sözügedən siyahıya Qafqaz Universiteti daxil edilib. Şuranın qərarına əsasən universitetin 2016-cı ilə qədər məzunlarına verdikləri diplomlar, habelə 2015-2016 tədris ilinə qədər Qafqaz Universitetinə qəbul olunanların diplomları Türkiyə tərəfindən tanınmayacaq. 
 
Aynur Ələkbərova 
BAKU.WS