SİZİN REKLAM BURADA!
055 213 76 73


Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.

Bu qərara müvafiq olaraq Şuşa Rayon N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin kollektivi də Pedaqoji Şuranın qərarına əsasən 4 vahid geyim formasından birini seçib.

Məktəbin direktoru Cəmilə Əhmədova məktəblərdə vahid formanın tətbiq edilməsini yüksək qiymətləndirirərək bildirib ki, valideynlər formanı istədikləri satış məntəqələrindən ala və ya tikdirə bilərlər.

Bütün məktəblər üzrə vahid geyim forması şagirdlərdə nizamlı görünüşü təmin edir və sosial bərabərliyi formalaşdırır.

BAKU.WS