SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda mağazaların birində məktəbli forması 2.50 AZN-ə satışa çıxarılıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

BAKU.WS xəbər verir ki, bəzi sahibkarlar aztv-yə açıqlamasında məktəbli formalarının dəyərinin əslində 3-4 manat olduğunu deyiblər. Fərqli düşünənlər də oldu və ucuz qiymətə satılan formaların parçasının təhlükəli materialdan hazırlana biləcəyini istisna etmədilər.

Bakı Tikiş Mərkəzindən isə açıqlanıb ki, məktəbli formalarının parçaları Türkiyədən gətirilib. Bu parçaların bir metrəsi isə 10 dollardan (17 manat) ucuz başa gəlmir. Məktəbli formaların maya dəyəri 22 manat olduğundan 25 manata satışa çıxarılır.

Ətraflı videomaterialda izləyə bilərsiniz:

BAKU.WS
VİDEO