SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Gələn il Azərbaycanda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək rayon və şəhərlərin sayı artırılacaq.

Trend-in məlumatına görə, 2017-ci ilin dövlət büdcəsində bunun üçün vəsait nəzərdə tutulub.

Müəllimlik peşəsinin ictimai nüfuzunun yüksəldilməsi, daha bilikli insanların bu peşəni seçməsinə stimul yaradılması, müəllimlərin həftəlik dərs yükünün optimallaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikasında, Bakı şəhərində və respublikanın 12 şəhər və rayonunda (Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı, Sabirabad) müəllimlərin diaqnostik qiymətləndirilməsi həyata keçirilib. Həmin tədbirin tətbiqi hesabına dövlət orta məktəblərində çalışan müəllimlərin həftəlik dərs yükü norması 12 saatdan 18 saata qədər çatdırılaraq onların aylıq vəzifə maaşları 2 dəfə artırılıb.

2017-ci ildə isə Naxçıvan MR-da, habelə respublikanın 26 rayon və şəhərində dövlət orta məktəblərində çalışan müaəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələrinə əlavə 80 milyon manat proznozlaşdırılıb. Növbəti mərhələdə respublikanın qalan 26 şəhər və rayonunda bu prosesin davam etdirilməsi nəzərdə tutulur.
 
BAKU.WS