Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilmiş Qafqaz Universitetinə yeni rektor təyin olunub.
 
APA-nın xəbərinə görə, bu vəzifəyə Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov təyin edilib.
 
H. Məmmədov APA-ya faktı təsdiqləyərək bildirib ki, o bu gün Qafqaz Universitetinin kollektivinə təqdim edilib
 
Qeyd edək ki, Qafqaz Universitetinin təsisçisi Təhsil Nazirliyinə müraciət edərək universitetin iyulun 20-də bağlanması haqqında qərar qəbul olunduğunu bildirib.
 
Bundan sonra universitetin idarəçiliyi BANM-ə verilib.
 
BAKU.WS

 



TƏCİLİ KREDİT SİFARİŞLƏRİ