VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Azərbaycanda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin 2016-2017-ci dərs ili ərzində tətil günləri müəyyən edilib.

"Report”un xəbərinə görə, növbəti dərs ilində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) olacaq.

İbtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) veriləcək.

Bundan başqa, növbəti dərs ilində də ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.
 
Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr- 26 yanvar, ikinci yarımil isə 1 fevral- 14 iyun tarixlərini əhatə edəcək.
 
BAKU.WS