SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxtdakı 20 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bu barədə BAKU.WS-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, 20 nömrəli məktəb-liseyin 20 şagirdi və 15 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVID-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-liseydə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

***12:40

Bakının Yasamal rayonu ərazisində yerləşən 20 saylı məktəb-liseyi 2 həftəlik bağlanıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətt”inə məlumat veriblər.

Bildirilir ki, məktəbdə yoluxma çox olduğu üçün təhsil müəssisəsi karantinə alınıb.

Məsələyə aydınlıq gətirmək üçün təhsil müəssisəsilə əlaqə saxladıq.

Məktəbdən BAKU.WS-ə açıqlamada məlumat təsdiqini tapdı. Bildirildi ki, məktəbdə əyani dərslər, həqiqətən, 2 həftəlik dayandırılıb.

BAKU.WS