VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məktəbəhazırlıq qruplarında təhsil alacaq uşaqlar üçün məktəb seçimi başlayıb.

BAKU.WS xəbər verir ki, elektron qeydiyyatdan keçən valideynlərə (digər qanuni nümayəndələr) yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır.

Xatırladaq ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-ü saat 18:00-da başa çatacaq.

Qeyd edək ki, 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

*** 07:57

Bu gündən məktəbəhazırlıq qruplarında təhsil alacaq uşaqlar üçün məktəb seçiminə start verilir.

BAKU.WS xəbər verir ki, valideynlərə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır.

Əgər valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişərsə şəxsi kabinetə daxil olaraq yerləşdirilən sorğunu silib yenidən məktəb və müəllim seçə bilər. Lakin məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra valideyn sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə (www.mektebeqebul.edu.az) imtina düyməsi vurulduğu halda başqa məktəb seçimi edə bilər.

Xatırladaq ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-ü saat 18:00-da başa çatacaq.

BAKU.WS