SİZİN REKLAM BURADA!
055 213 76 73


Maksiumum 60 bal olan imtahanda 57 bal toplayaraq birinci oldu.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, 23 yaşlı Sadiq Rzayev ötən gün müəllimlərin işə qəbulu imtahanında tarix fənni üzrə ən yüksək bal toplayana iki gəncdən biridir.

Müsahibimiz Bakı Dövlət Unversitetinin Tarix fakultəsini bitirib. O, müəllim olmaq üçün bir neçə il əzmlə çalışıb. Qrup yoldaşları ilə birlikdə hazırlaşan Sadiq Rzayev yüksək bal toplayacağına əvvəldən inandığını deyir.

Sadiq Rzayev deyir ki, bu məsuliyyətli və çətin peşədə üzərinə böyük məsuliyyət düşür. Amma o bunun öhdəsindən uğurla gələcəyinə də inanır. Hətta indidən planlar da qurub.

İmtahanlardan ən yüksək nəticə göstərənlərdən biri də 23 yaşlı Zahid Qasımovdur. Zahid deyir ki, ilk dəfə qatıldığı müəllimlərin işə qəbulu üzrə imtahanlarda əsas hədəfi yüksək nəticə göstərmək olub. O, da tarix fənni üzrə 57 bal toplayıb.

Müəllimlərin işə qəbulu imtahanında yükək nəticə göstərən hər iki şəxs imtahana fərdi qaydada hazırlaşıblar. Qeyd edək ki, onlar müshibə mərhələsin keçdikdən sonra təyin olunduqları məktəbin tarix müəllimi olacaqlar.

BAKU.WS
VİDEO