SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb.

Komissiyadan BAKU.WS-ə verilən məlumata görə, bölgələrdə ilk buraxılış imtahanı iyunun 16-da Lənkəran, Astara, Masallı, Lerik,Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən rayon və şəhərlərinin məzunları üçün keçiriləcək.

Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər,Xocavənd, Füzuli, Beyləqan, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, Sumqayıt, Abşeron, o cümlədən Heydər Əliyev adına Hərbi Liseyin və C.Naxçıvanski adına Hərbi Liseyin məzunları üçün buraxılış imtahanı iyunun 21-də, Bakıda iyunun 25-də, Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevir, İsmayıllı, Şamaxı, Qobustan da isə iyunun 30-da keçiriləcək. Əvvəlki illərin məzunları və eksternat buraxılış imtahanı iyulun 5-də təşkil olunacaq.

Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) qeyd edilən qrafikə uyğun olan gündə verəcəklər.
 
BAKU.WS