SİZİN REKLAM BURADA!
055 213 76 73


Yeni Qala qəsəbəsində yerləşən Xəzər rayonu, 323 nömrəli tam orta məktəbin bir qrup valideyni Təhsil Nazirliyinin qarşısına toplaşıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, valideynlər buraxılış imtahanında iştirak edə bilməyən övladlarının aqibəti ilə bağlı nazirliyin rəsmi nümayəndələri ilə görüşmək istəyib.

Nazirlikdən bildirilib ki, həmin məktəbdə təhsil alan 30-yaxın 11-ci sinfinin şagirdlərinin adı qeydiyyata salınsa da, təsdiq olunmayıb:

“Məsələ araşdırılaraq şagirdlərin valideynləri ilə danışıqlar aparıldı və işin müsbət həll olunacağı barədə qərar qəbul edildi”.

BAKU.WS