VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdaşda daha dörd orta məktəb distant təhsilə cəlb olunub.

BAKU.WS ”Report”a istinadən xəbər verir ki, rayonun Aşağınemətabad, Ortaləki, Qəsl və Qülbəndə kənd tam orta məktəblərinin hər birində 1 müəllimdə COVİD-19 testinin cavabı pozitiv çıxıb.

Bu səbəbdən Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dərs prosesi distant təhsilə keçirilməsinə qərar verilib. Məktəb rəhbərliyi tərəfindən şagird və valideynlər xəbərdar edilib. Hazırda adı çəkilən məktəblərdə dərslər distant şəkildə davam etdirilir.

Bu gün səhər saatlarından etibarən Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hər dörd məktəbin girişi və daxilində bütün otaqlar, idman zalları dezinfeksiya edilir.

Qeyd edək ki, 2020-2021-ci tədris ili üzrə rayonun təhsil müəssisələrində 45 şagird və 20 müəllim COVİD-19 infeksiyasına yoluxub.

BAKU.WS