SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gündən başlayaraq yaşından asılı olmayaraq bütün təhsil işçilərinin vaksinasiyasına başlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edək ki, ötən həftəsonu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində “Pandemiya dövründə tədrisin təşkili”nə həsr olunan canlı yayımda bu həftədən bütün təhsil işçilərinin yaşından asılı olmayaraq vaksinasiya olunacağını bildirmişdi:

"Tam ənənəvi qaydaya nə vaxt qayıda biləcəyimizə gəldikdə, inanırıq ki, sentyabrdan, yəni növbəti tədris ilindən bu, mümkün olacaq.

Bununla belə ənənəvi təhsilin tam bərpası insanların vaksinasiyadan keçməsindən asılıdır. İkinci vaksinasiyadan sonra yoluxmadan reanimasiyaya düşmək və ölüm halı olmayıb.

800-900 min adam vaksin vurdurub, heç nə olmayıb. Növbəti həftədən bütün təhsil işçiləri yaşından asılı olmayaraq vaksinasiya olunacaq".

Nazir qeyd edib ki, fevralın sonundan müəllimlərin kütləvi vaksinasiyasının nəticəsini aprelin sonunda, may ayında görəcəyik:

“Proses sürətlə davam edir. Vaksinlərdən qorxmaq lazım deyil. Xüsusilə də müəllimlərin vaksinasiyası çox vacibdir”.

BAKU.WS