SİZİN REKLAM BURADA!
055 213 76 73


Cəbrayıl rayonunun Hovuslu kənd tam orta məktəbinin direktoru, Əməkdar müəllim Məhəmmədəli Eyvaz oğlu Səfərov vəfat edib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, o uzun sürən xəstəlikdən sonra 61 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Məhəmmədəli Səfərov 1960-cı ilin mart ayının 26-da Cəbrayıl rayonunun Hovuslu kəndində anadan olub.

Orta təhsilini doğma kəndinin məktəbində aldıqdan sonra Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsinə daxil olub.

Universiteti bitirdikdən sonra 1983-cü ildən doğma kəndində ixtisası üzrə müəllim işləyərək uzun illər gənc nəslə riyaziyyat elminin sirlərini öyrədib.

2001-ci ilin sentyabrından ömrünün sonuna qədər həmin məktəbə rəhbərlik edib.

Allah rəhmət eləsin!

BAKU.WS