SİZİN REKLAM BURADA!
055 213 76 73


"Pandemiyanın hazırkı mərhələsində növbəti addımlarla bağlı ictimaiyyətin fikrini öyrənmək çox önəmlidir".

BAKU.WS xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev sosial şəbəkədə yazıb. 

"Bu məqsədlə Təhsil Nazirliyinin keçirdiyi rəy sorğusunda fəal şəkildə iştirakınızı xahiş edirəm. Bundan öncə qeyd etdiyim kimi, bu sualın "səhv" və ya "düz" cavabı yoxdur. Hər birinizin rəyi dəyərlidir. Aşağıdakı keçidə daxil olaraq sorğuda iştirak etməyiniz tövsiyə olunur. Sorğuda iştirakınıza görə hər birinizə minnətdarlığımı bildirirəm", - deyə E.Əmrullayev əlavə edib.

BAKU.WS