SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabirabad rayonu, Qaragüney kəndində yerləşən 1 saylı orta məktəb istifadəyə yararsız vəziyyətdədir.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Videodan göründüyü kimi məktəb bərbad vəziyyətdədir. Orada təhsil alan şagird və çalışan müəllimlərin həyatı təhlükə altındadır.

Məsələyə münasibət öyrənmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov BAKU.WS-ə açıqlamasında bildirib ki, məsələ ilə əlaqədar artıq qərar qəbul edilib.

“Həmin məktəb yaxın zamanda təmir olunacaq”, - deyə nazirlik rəsmisi bildirib.

Qeyd edək ki, eyni problem təkcə Qaragüney kəndində yerləşən 1 saylı orta məktəbdə deyil, digər təhsil müəssisələrində də hökm sürür. Həmin məktəblərin aqibəti necə olacaq?

Təhsil Nazirliyindən suala cavab olaraq bildirdilər ki, həmişə bu problem nəzarətdədir. Cəsarət Valehov vurğulayıb ki, Azərbaycanda belə məktəblərin təmiri dövlət proqramı əsasında müəyyənləşir:

“Belə məsələlər tam həllini tapır. Hər il yüzlərlə məktəbin təmiri, onlarla təhsil müəssisələrinin inşasını həyata keçiririk. İstismar müddəti başa çatmış məktəblərin yerinə müasirləri tikilir. O cümlədən də təmirsiz, yaxşı vəziyyətdə olmayan məktəblərlə bağlı qərarlar verilir”.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO