SİZİN REKLAM BURADA!
055 213 76 73


Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirir.

BAKU.WS DİM-ə istinadən xəbər verir ki, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılır. İmtahan bütün binalarda eyni vaxtda saat 11:00-da başlanır və 3 saat davam edəcək.

Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 9‑dan 19-dək aparılıb. İmtahanda iştirak üçün 19885 bakalavr ərizə təqdim edib. Onlardan 18139 nəfəri Azərbaycan bölməsi, 1746 nəfəri rus bölməsi üzrə imtahan verəcəkdir. Bakalavrlardan 10530-u cari ilin, 9355-i isə əvvəlki illərin məzunlarıdır, 42 nəfər xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakıda 56, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 3, Mingəçevirdə 4, Lənkəranda 2 binada təşkil olunur. Bakıda 13961, Naxçıvanda 680, Gəncədə 1452, Sumqayıtda 1494, Abşeronda 854, Mingəçevirdə 950, Lənkəranda 494 bakalavrın imtahan verəcəyi gözlənilir.

İmtahanın idarə olunmasına 81 ümumi imtahan rəhbəri, 231 imtahan rəhbəri,1863 nəzarətçi-müəllim, 170 buraxılış rejimi əməkdaşı cəlb olunub.

BAKU.WS