SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Nədənsə insanlarda belə bir fikir formalaşıb ki, Azərbaycanın dövlət büdcəsi neftfən gələn gəlirlərdən formalaşır".

BAKU.WS məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında Vergilər nazirinin 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov deyib. O bildirib ki, büdəcəyə daxil olan gəlirlərin yalnız 30% faizi neft sektorunun payına düşür: "Cənab prezident də çıxışında bildirdi ki, nefti unudun. Azərbaycan neftdən asılı deyil. Qeyri-neft sektorundan əldə edilən gəlirlər neft sektorundan gələn gəlirlərdən daha çoxdur".
 
Sahib Ələkbərov bildirir ki, Azərbaycanda vergi mədəniyyəti hələ də formalaşmayıb. Onun sözlərinə görə, ölkədə bütün sahələrdə vergidən yayınma halları var: "Vergidən yayınma ən az neft sahəsində olur. Yayınma hər yerdə var, ictimai iaşə sahəsində, ticarət sahəsində də xeylidir. Ona görə biz hər il yoxlamalar aparırıq,  məbləğlər hesablanır, qəpiyinə kimi dövlət büdcəsinə ödənilir".
 
Ayşən Ayxan
BAKU.WS