SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Cari ildə manatın məzənnəsi bəyan olunmuş çevik məzənnə rejiminə uyğun olaraq valyuta bazarında tələb təklif nisbəti əsasında formalaşmaqdadır. Lakin, müəyyən de-dollarlaşma meyilləri şəraitində son günlər valyuta bazarında təklifin tələbi üstələməsi səbəbindən manatın ABŞ dollarına nəzərən məzənnəsinin əhəmiyyətli möhkəmlənməsi baş verməkdədir. 
 
Mərkəzi Bankdan BAKU.WS-ə verilən məlumata görə, bununla əlaqədar olaraq məzənnənin kəskin qısamüddətli tərəddüdlərinin məhdudlaşdırılması məqsədilə valyuta bazarında alışyönlü müdaxilənin aparılması zərurəti yaranıb.
 
Qeyd olunanları nəzərə alaraq Mərkəzi Bank 4 aprel 2016-cı ildə valyuta alışı hərracı keçirmiş və hərrac 0.4 mln. ABŞ dolları həcmində yekunlaşıb.
 
BAKU.WS