SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu ilin avqustun 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5230,1 min nəfər olub, onlardan 4881,5 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 0,96% artıb, məşğul əhalinin sayı isə 0,94% azalıb.

Cari il iyulun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1695,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 922,1 min nəfər, qeyri-dövlət sektorunda isə 773,0 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 34,1 min nəfər, qeyri neft-qaz sektorunda isə 1661,0 min nəfər çalışıb.

2020-ci ilin birinci yarımili ərzində ölkədə 84,8 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılan iş yerlərinin 44,6%-i qeyri-dövlət sektorunda açılıb.

Bununla yanaşı, 2020-ci ilin birinci yarımili ərzində ölkədə 5,9 min iş yeri bağlanıb. Bu dövrdə bağlanan iş yerlərinin 61,3%-i qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 42,3%-i müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 57,7%-i isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

BAKU.WS