VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 27 792 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

BAKU.WS Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 818 ədəd və ya 21% çoxdur.

Son 7 ayda sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 38 ədəd və ya 27,3% azalaraq 101 ədəd, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 5 199 ədəd və ya 25% artaraq 25 999 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 328 ədəd və ya 16,9% azalaraq 1 615 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 15 ədəd və ya 16,3% azalaraq 77 ədəd olub.

BAKU.WS