SİZİN REKLAM BURADA!
055 213 76 73


Yanvar-iyun aylarında “Şahdəniz” yatağından - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə 9,4 milyard standart kubmetr qaz və təqribən 1,9 milyon ton (15,4 milyon barrel) kondensat hasil edilib.

BAKU.WS-in məlumatına görə, bu barədə “BP Azerbaijan” şirkəti açıqlama yayıb. Bildirilir ki, mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 56 milyon standart kubmetr və ya ildə təqribən 20 milyard kubmetrdən çoxdur.

Rüb ərzində “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə) və Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qazın çatdırılması davam edib.

İlin birinci yarısında “Şahdəniz” üzrə fəaliyyətlərə 409 milyon dollaradək əməliyyat və 452 milyon dollar əsaslı xərclər sərf edilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.

“Şahdəniz”də iştirak payları belədir: BP (operator) 28,8 faiz, “AzŞD” 10 faiz, “SGC Upstream” 6,7 faiz, “Petronas” 15,5 faiz, “LUKoil” 10 faiz, “NICO” 10 faiz və “TPAO” 19 faiz.

BAKU.WS