SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünya bazarında neft sürətlə ucuzlaşmağa başlayıb.
 
BAKU.WS-in məlumatına görə, ABŞ-da neft ehtiyatlarının artmağa başlamasının gözlənildiyi bir zamanda "qara qızıl"ın qiyməti azalmağa başlayıb. Brent nefti ABŞ-da 80 ildən bu yana ən yüksək səviyyədə olan neft ehtiyatlarının artmağa başlaması ilə birlikdə ucuzlaşıb. 

ABŞ-da həftəlik açıqlanan neft fond göstəricilərinin birjada neftin qiymətinə təsir edəcəyi güman edilir. Böyük neft istehsalçılarının neft istehsalını dayandırma ehtimalı üzərində danışıqlar aparması bir müddət öncə "qara qızıl"ın bahalaşmasına səbəb olmuşdu. Ancaq dünyanın ən böyük neft istehsalçısı olan ABŞ-ın neft ehtiyyatlarının artması qiymətlərə artıq təsir göstərməyə başlalayıb.
 
ABŞ-da özəl sektorun açıqladığı neft ehtiyyatları məlumatlarına əsasən, ötən həftə 8,8 milyon barel artım qeydə alınıb. Brüsseldə hava limanında baş verən 2 və metro stansiyasında törədilən bir partlayış neftin qiymətini bahalaşdırıb. Ancaq ABŞ əməliyyatlarının başlaması ilə birlikdə terror hadisələrinin birjadakı təsiri zəifləyib. 
 
Hazırda ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0,41 dollar azalaraq 41,38 dollar olub. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti isə 0,51 dollar azalaraq 40,94  dollar təşkil edib.
 
Şahin Həbibov
BAKU.WS