SİZİN REKLAM BURADA!
055 213 76 73


Deputat Rauf Əliyev qəzalı evlərə rəy verilməsi üçün Fövqəladə Hallar Nazirliyinə köçürülməli olan pulun aidiyyətli qurumlar tərəfindən nəzərə alınmasını təklif edib.

BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, deputat Xəzər rayonunda 1000-ə yaxın, Pirallahıda isə 5000-ə yaxın qəzalı evin olduğunu qeyd edib:

“Qəzalı evlərlə bağlı siyahıya düşmək üçün Fövqəladə Hallar Nazirliyi rəy verməlidir. Nazirliyin əməkdaşlarının gəlib rəy verməsi üçün onlara pul köçürülməlidir.

Bu pul isə nə adamlarda, nə də İcra Hakimiyyətində var. Seçicilər də bizə siyahıya düşüb-düşməmələri ilə bağlı müraciət edirlər. Biz də bilmirik ki, onlar siyahıda var, ya yox. Ona görə də xahiş edirik ki, aidiyyətli orqanlar bu pulun köçürülməsini təmin etsinlər”.

BAKU.WS