SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri 11,7 faiz qalxıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Statistika Komitəsinin sədr müavini Yusif Yusifov AzadlıqRadiosuna müsab=hibəsində deyib. O deyib ki, iki ayda əvvəlki ilin eyni dövrünə nəzərən ərzaq məhsulları orta hesabla 14,8%, qeyri-ərzaq malları isə 15,7 faiz bahalaşıb.

Xidmətlərdə qiymət artımı 4,04 faiz olub. Fevral ayında yanvara nisbətən inflyasiya 0,4 faiz olub. Ərzaq və qeyri-ərzaq mallarının qiyməti 0,6 faiz, xidmətlər isə 0,15 faiz bahalaşıb. İqtisadiyyat Nazirliyi 2016-cı ildə inflyasiyanın 12,1 faiz səviyyəsində olacağını proqnozlaşdırır.

Xatırladaq ki, ötən ilin sonunda Azərbaycanda ikinci devalvasiya olub.