SİZİN REKLAM BURADA!
055 213 76 73


2020-ci ilin yanvar-mart aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 112,0 milyon manatlıq məhsul istehsal edilib.

BAKU.WS-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7,3 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı isə 66,7 faiz artıb.

Yanvar-mart aylarında 672 ədəd minik avtomobili istehsal olunub, ştanqlı quyu nasoslarının istehsalı isə 42,4 faiz artıb.

BAKU.WS