SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
"Rosneft" şirkəti 48 milyon rubl məbləğində prezervativ alışı ilə bağlı tender elan edib.
 
BAKU.WS-in məlumatına görə, sözügedən elan şirkətin rəsmi saytında da yerləşdirilib. 

Elanda bildirilir ki, "RN-Moskva" Açıq Səhmdar Cəmiyyəti istehlak olunan (prezervativlər) malları almaq niyyətindədir. Sənədlərdə məhsula tələblər göstərilib. 

"Rosneft" şirkətindən bildirilir ki, Moskvada prezervativlər — yaxşı gəlir gətirdiyi üçün şirkət bu satışla məşğul olmaq qərarına gəlib.
 
Qeyd edək ki, "Rosneft" — Rusiya neftqaz şirkətidir. Onun 69,5% səhmi dövlətə aiddir. Neft istehsalına görə dünyada ən böyük şirkətdir. "Rosneft" 2012-ci ildə gəlir həcminə görə, Rusiya şirkətləri arasında üçüncü yeri tuturdu.

BAKU.WS