SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Manatın devalvasiyası dövlət büdcəsinin gəlirləri ilə yanaşı xərclərini də artırdı. Devalvasiyaya nəticəsində büdcənin valyuta ilə planlaşdırılan xərclərinin artımı qaçılmazdır".
 
BAKU.WS-in məlumatına görə, bunu iqtisadçı Rövşən Ağayev söyləyib. Onun sözlərinə görə, əvvəlki büdcənin son variantı hələ 5-6 ay əvvəl tamamlanmışdı və xərclər 1 dollar=1.05 manat məzənnəsilə hesablanmışdı. 21 dekabr devalvasiyasında sonra valyuta ilə ödənən xərclər 1 dollar=1.6 manat məzənnə əsasında proqnoz edildi.
 
Nəticədə:

1) Beynəlxalq maliyyə-kredit və ictimai-siyasi təşkilatlara üzvlük haqları 16 milyon manat artdı;
2) Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının xərcləri 34 milyon manat artdı;
3) Xarici dövlətlərə veriləcək kreditlər üzrə xərclər 37 milyon manat artdı;
4) Büdcə hesabına ödənəcək xarici borclar (əsas və faiz borcları) təxminən 500 milyon manat artdı.
Əlavə olaraq, manatın məzənnəsinin il əzrində dəyişməsi nəticəsində büdcə üçün əlavə xərclərin yaranacağı gözlənir və bu məqsəd üçün 316 milyon manat nəzrdə tutulub.

Bir sözlə, devalvasiya büdcə üçün təxminən 2.2 milyard manat əlavə gəlir yaratmışdı, amma onutəxminən yarısını da geri alır.
 
BAKU.WS