SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycan bankları ABŞ dollarının satışını məhdudlaşdırmayıb”.

BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev bundan sonra ölkə vətəndaşlarına ildə bir dəfə ABŞ dolları satılacağı ilə bağlı yayılmış məlumata münasibət bildirərkən deyib:

“Bu, düzgün məlumat deyil. Həmişəki kimi, vətəndaşlar 500 ABŞ dollarına qədər xarici valyutanı şəxsiyyət vəsiqəsi ilə, 500 ABŞ dollarından 20 000 manat ekvivalentinə qədər xarici valyutanı blank doldurmaqla, 20 min manat ekvivalenti və ondan artıq xarici valyutanı isə vəsaitin mənbəyi ilə bağlı sənədləri təqdim etməklə ala bilərlər. Bundan başqa, hər hansı yeni bir qərar yoxdur. Sadəcə vətəndaşlar karantin rejiminin şərtlərini əməl etməklə, istənilən bankda istənilən qədər valyuta mübadiləsi əməliyyatı aparsınlar”.

BAKU.WS