VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Bu gün bu ilin I rübünün son iş günüdür və bizim operativ məlumata əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə vergi proqnozu tam yerinə yetirilib".

BAKU.WS xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin qəbulunda deyib.

“Təxminən 200 milyon manat ətrafında proqnozdan artıq yığılmış vəsaitin dövlət büdcəsinə təmin edilməsi gözlənilir”, - deyə o, qeyd edib.

"Keçən ildən biz həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödənişlərin yığımını həyata keçiririk. Bu istiqamət üzrə də rüb ərzində təxminən 120 milyon manat artıq vəsait cəlb olunub", - deyə M.Cabbarov əlavə edib.

BAKU.WS