SİZİN REKLAM BURADA!
055 213 76 73


ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 2,16% artaraq 1 barelə görə 30,70 dollar təşkil edib.

BAKU.WS "APA-Economics"ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 4,18% artaraq 29,90 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,77 ABŞ dolları və 11,4% azalaraq 29,37 dollar təşkil edib.

BAKU.WS