VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq dərəcəli şose sayılan Gürcüstan-Qazax-Bakı magistralının üzərində - Goranboy rayonunun Boluslu kəndi ərazisində SOCAR brendi altında yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

BAKU.WS xəbər verir ki, "Report" bu barədə "SOCAR Petroleum" QSC-yə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, bu istiqamətlərdə hərəkət edən avtonəqliyyat vasitəsi sahiblərinə bu YDM daha əlverişlidir.

Sayca 31-ci olan YDM-də “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Məntəqədə 4 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da altı kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

Hazırda bu yanacaqdoldurma məntəqəsində 20 nəfər çalışır.

“SOCAR Petroleum"un 31 yanacaqdoldurma məntəqələrindən ibarət şəbəkəsi, 11 neft terminal bazası fəaliyyət göstərir. Respublikada yeganə CNG terminalı və CNG şəbəkəsi var, ekoloji CNG yanacağının tətbiqində liderdir. Hər bir müştəri üçün satış həcm dəqiqliyini yoxlamaq imkanı və digər üstünlüklər mövcuddur.

BAKU.WS