055 213 76 73
Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının martın 2-nə rəsmi məzənnəsini 1,5843 AZN/USD müəyyən edib.
Mərkəzi Bankdan BAKU.WS-ə verilən məlumata görə, ötən gün rəsmi məzənnə 1,5764 AZN/USD səviyyəsində olub.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən
üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara
əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və
təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun
olaraq formalaşır.
AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir.
BAKU.WS