SİZİN REKLAM BURADA!
055 213 76 73


SOCAR Belarusun Belneftexim” konserni ilə uzunmüddətli neft tədarükü ilə bağlı danışıqlar aparır.

BAKU.WS xəbər verir ki, bunu APA-ya SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

“Hazırda bu istiqamətdə danışıqlar aparılır, yazılı razılaşma hələ imzalanmayıb”.

SOCAR-ın rəsmisi neftin həcmləri barədə məlumat verməyib.

Qeyd edək ki, öncə “Belneftexim” konserninin rəhbəri Andrey Rıbakov bildirib ki, SOCAR 2020-ci il ərzində Belarusa 1 mln. tona qədər neft tədarük edə bilər. Onun sözlərinə görə, həcm ildən-ilə artacaq. Bu il üçün nəzərdə tutulan neft həcmi isə 1 mln. tonadək təşkil edəcək. Həcm hər ay iqtisadi və maddi-texniki komponentlər əsasında müəyyənləşdiriləcək. Lakin bu (Azərbaycan neftinin Belarusa tədarükü – red.), davamlı olacaq.

Xatırladaq ki, SOCAR bu il martın 5-6-da Türkiyənin Ceyhan limanından Belarus üçün bir tanker neft göndərəcək. Razılaşmanın şərtlərinə əsasən, 85 min ton həcmdə neft Odessaya çatdırılacaq. Öncə SOCAR tərəfindən Belarusun "Belneftexim" konserni üçün bir 85 min ton həcmində tanker neftin "Supsa" limanından göndərilməsi barədə razılıq əldə edilmişdi. Ümumilikdə, mart ayında SOCAR Belarus tərəfinə ümumi həcmi 170 min ton iki tanker neft göndərəcək.

BAKU.WS