VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 5-6 mart tarixlərində Belarusa ilk neft tankerini göndərəcək.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” SOCAR-ın rəsmi nümayəndəsi İbrahim Əhmədova istinadən məlumat yayıb. 

Onun sözlərinə görə, hazırda 85 min ton həcmində iki tankerin göndəriləcəyi gözlənilir.

İlk tanker Türkiyənin Ceyhan limanından, ikincisi isə Gürcüstanın Supsa limanından çıxacaq.

Xatırladaq ki, ötən həftə “Belneftkimya” konserninin mətbuat katibi Aleksandr Tişenko bildirib ki, SOCAR mart ayında Odessa limanına iki tanker göndərəcək.

Neft oradan “Odessa-Brodı” boru kəməri vasitəsilə nəql ediləcək.

BAKU.WS