VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) yaxın vaxtlarda Belarusa bir tanker neft idxal edəcək, ikinci tankerlə bağlı hələ ki danışıqlar gedir.

BAKU.WS xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi İbrahim Əhmədov RİA “Novosti” agentliyinə bildirib.

“Belneftkimya” konserninin mətbuat katibi Aleksandr Tişenko daha əvvəl bildirib ki, SOCAR mart ayında Odessa limanına iki tanker neft nəql edəcək.

“Hazırda biz Belarus tərəfinə neftin bir tankerinin satışı üzrə müqaviləni təsdiq edirik, saziş yaxın vaxtlarda reallaşdırılacaq. İkinci tanker üzrə hələ ki danışıqlar gedir", - İ.Əhmədov bildirib.

Qeyd edək ki, Belarus və Rusiya neftin nəqli şərtləri haqqında razılığa gələ bilməyiblər.

BAKU.WS