SİZİN REKLAM BURADA!
055 213 76 73


"Türk Hava Yolları" şirkətinin törəməsi olan “AnadoluJet”in martın 29-dan etibarən İstanbul şəhərinin "Sabiha Gökçen" və paytaxt Ankaranın "Esenboğa" hava limanlarından həyata keçirəcəyi yeni uçuşların birtərəfli qiymətləri 1 avrodan başlayacaq.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, simvolik qiymət Azərbaycan, Almaniya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Belçika, Danimarka, Fransa, Gürcüstan, Hollandiya, İngiltərə, İspaniya, İsrail, İsveç, İtaliya, Küveyt, Rusiya və Səudiyyə Ərəbistana yerinə yetiriləcək aviareyslərə aid ediləcək.

Xatırladaq ki, “AnadoluJet” 2016-cı ildə yaradılıb. Loukoster hazırda 36 təyyarəsi ilə 43 hava limanına uçuşlar həyata keçirir.

BAKU.WS