Azərbaycan Gürcüstana nəql olunacaq qazın həcmini artıracaq.
 
"APA-Economics" xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
 
"Bilirsiniz ki, texniki imkanlar buna imkan vermirdi. Biz bu məsələni "Şahdəniz” konsorsiumu ilə müzakirə etdik. Təbii ki, qışda qaza tələbat artır. Bilirsiniz ki, biz "Şahdəniz” konsorsiumundan qaz alırıq və o qazın bir qismi daxili bazar yönəlir, bir hissəsini isə Gürcüstan və Türkiyəyə satmaq ixtiyarımız var. Bununla biz əlavə olaraq "Şahdəniz” xətti ilə 500 mln. kubmetr qazın Gürcüstana nəql olunmasını təmin etdik. Gürcüstana əsasən 800 mln. kubmetr həcmində "Şahdəniz” qazı verilirdi. Bu rəqəmi biz 1,5 mlrd. kubmetrə qədər çatdırdıq. Bununla yanaşı, "Qazax” xətti ilə 1,5 mlrd. kubmetr həcmində qazın nəql olunması imkanı yarandı. Beləliklə, biz hazırkı və gələcək tələbatı ödəyə bildik", - deyə R. Abdullayev bildirib.
 
BAKU.WS