SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu ilin yanvar ayında Azərbaycanda 42,8 min ton metanol (metil spirti) istehsal edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu həcm ötən ilin müvafiq dövründən 42% çoxdur.

Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.

Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

BAKU.WS