VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

BAKU.WS xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, qərara əsasən, aksiz dərəcəsi energetik içkilərin hər litri üçün 3 manatdan 3,1 manata, səməni pivəsinin hər litri üçün 1,7 manatdan 1,9 manata qaldırılıb.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, aksiz dərəcələrinin artırılması ilə böyük bir artım baş verməyib:

“Ən böyük artım tərkibində spirtin miqdarı 9 faizdən az olan digər tündləşdirilməmiş alkoqollu içkilərə tətbiq ediləcək. Aksiz dərəcələrinin qaldırılması büdcəyə daxilolmaların həcmini də genişləndirəcək.

Eyni zamanda bu, yerli məhsulun istehsalının stimullaşdırılmasına şərait yaradacaq, idxal edilən məhsulların qiymətində isə əhəmiyyətli artımlar olacaq”.

BAKU.WS