VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu il dekabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz artaraq 8681,5 milyon manat təşkil edib.

BAKU.WS-in məlumatına görə, əmanətlərin 54,1 faizi xarici, 45,9 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 32,0 faiz artıb, xarici valyutada əmanətlər isə 7,1 faiz azalıb.

Dekabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 Avroya 1,89 (1,90) manata, 100 Rus rubluna 2,70 (2,63) manata bərabər olub.

BAKU.WS