VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belarus rəhbərliyi Ukrayna, Azərbaycan, Qazaxıstan, Polşa və Baltikyanı ölkələrə neft alışı ilə bağlı təkliflər göndərib.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bunu Belarusun Baş nazirinin birinci müavini Dmitri Krutoy ölkə prezidenti ilə görüşdən sonra söyləyib.

"Hökumət alternativ neft tədarükü üçün bir sxem hazırlamağa davam edir, bütün mümkün variantlar araşdırılır. Müvafiq ticari təkliflər göndərilib. Belarus Neft Şirkətinin zavodlarının ticarət xidmətləri demək olar ki, hər gün danışıqlar aparır",-deyə D. Krutoy əlavə edib.

"Azərbaycan və Qazaxıstanla yanaşı, Belarus Ukrayna, Polşa və Baltikyanı ölkələrdən neft almaq imkanlarını araşdırır",- deyə Belarus baş nazirinin müavini qeyd edib.

Krutoy həmçinin bildirib ki, Belarus Rusiya neft şirkətlərinə eyni miqdarda ödəniş etməyi iqtisadi cəhətdən məqsədəuyğun hesab etmir.

BAKU.WS